UEFA-dan “Qarabağ”la bağlı paylaşım – Ən sevimli futbolçular…backend

UEFA-dan “Qarabağ”la bağlı paylaşım – Ən sevimli futbolçular…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA “Qarabağ”la bağlı növbəti paylaşımını edib. qurum Konfrans Liqasının tvitter səhifəsi vasitəsilə azarkeşlərlə sorğu keçirib.

Paylaşımda “Qarabağda indiyə qədər oynamış sevimli ulduz”, – sualı ilə futbolsevərlərə müraciət olunub. Sorğuda iştirak edənlərin çoxu hazırda Ağdam klubunun formasını geyinən Abdullah Zubirin adını qeyd edib. Həmçinin Pedro Enrike, Müşfiq Hüseynov, Dino Ndlovu, Reynaldo, Rəşad Sadıqov, Riçard Almeyda, Kadi Borqes və Əfran İsmayılovu fərqləndirənlər də var.

Qeyd edək ki, Konfrans Liqasında qrupu ikinci pillədə tamamlayan “Qarabağ” gələn ilin fevralında pley-off mərhələsində Fransa klubu “Marsel”lə qarşılaşacaq.