UEFA və aparıcı futbol qurumları FİFA-nı iflic etmək üçün alternativ turnirləri müzakirə edirlər.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və digər aparıcı futbol təşkilatları FİFA turnirlərinə alternativ olacaq yeni yarışların yaradılmasını ciddi şəkildə müzakirə edirlər.
Nüfuzlu idman dairələrində yayılan məlumatlara görə, qitə konfederasiyaları rəhbərliyi dəyişmək üçün kəskin addımlar atmağı planlaşdırırlar.
UEFA, həmçinin Asiya (AFC), Şimali və Mərkəzi Amerika (CONCACAF) konfederasiyalarının rəhbərləri FİFA-nın prezidenti Canni İnfantino rəsmən istefa verməyəcəyi təqdirdə ali futbol qurumunun fəaliyyətini tamamilə “iflic etmək” niyyətindədirlər.
İdman mütəxəssisləri qeyd edirlər ki, qitə konfederasiyalarının bu cür birləşməsi və fərdi alternativ turnirlər təşkil etmək təhdidləri dünya futbol idarəçiliyində görünməmiş irimiqyaslı böhrana və tarixi parçalanmaya səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.аz






