Ukrayna ABŞ-dan daha ağır silahlar istəyibbackend

Ukrayna ABŞ-dan daha ağır silahlar istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna ABŞ-dan daha ağır silahlar istəyib”.

İnterpress.az xəbər verir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak tviter səhifəsində yazıb.

“Biz ABŞ-ın indiyə qədər göstərdiyi bütün yardımlara görə minnətdarıq. Lakin bizim daha ağır silahlara ehtiyacımız var”, – o bildirib.

A.Yermak həmçinin Rusiyanın Ukraynada törətdiyi cinayətlərə adekvat qiymət verdiyinə görə ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edib: “O, həqiqəti söyləyir”.

Xatırladaq ki, ABŞ və Avropa İttifaqı Ukraynaya silah tədarükünü artırmaq qərarına gəlib. Yaxın vaxtlarda Ukraynaya əlavə silahlar göndəriləcək.