Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilərbackend

Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə tərəfi “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya tədarükü məsələsini nəzərdən keçirir”.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Bayraktar Akıncı”ya gəlincə, bu məsələ nəzərdən keçirilir”, – o vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada müəyyən PUA növlərinin istehsal edilməsi üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır: “Müdafiə sahəsində əməkdaşlıq məsələsində dövlətin icazəsi lazımdır və bizə belə bir icazə verilib. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, “Bayraktar Akıncı” məsələsi nəzərdən keçirilir”.