Ukrayna DİN: “Rusiya təyyarələrinin təxminən üçdəbirini itirib”backend

Ukrayna DİN: “Rusiya təyyarələrinin təxminən üçdəbirini itirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbi təyyarələrinin təxminən üçdəbir hissəsini itirib.

İnterpress.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Ukrayna hərbçiləri hər gün rusların bir neçə təyyarəsini vururlar. Üç həftə ərzində ruslar təyyarələrinin üçdəbir hissəsini itirib”, – o bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi martın 16-da Rusiyanın 5 təyyarə və 3 helikopterinin məhv edildiyini açıqlayıb.