Ukrayna Rusiya qazının öz ərazisindən Avropaya tranzitini uzatmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə mətbuat konfransında bildirib. O, ölkəsinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitini uzatmayacağını deyib.
“Biz tranziti uzatmayacağıq və qanımızla əlavə milyardların qazanılmasına icazə verməyəcəyik”, – Zelenski qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az