Ukraynada dollar bahalaşırbackend

Ukraynada dollar bahalaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugün Ukraynanın valyuta bazarı üçün çox gərgin keçib.

İnterpress.az xəbər verir ki, saat 15:00-da ticarətin həcmi 300 milyon dolları aşıb. Xaricilər valyuta almağa davam ediblər və dollar 29 qrivnadan yuxarı qalxıb.

Cümə axşamı Ukraynanın banklararası valyuta bazarında dolların məzənnəsi bir dollar üçün 29 qrivnadan yuxarı qalxıb ki, bu da 2015-ci ilin fevral ayının sonundan bəri ən yüksək səviyyədir.

Məlumata görə, dollar 0,20 qrivna da bahalaşıb, ticarət bir neçə saat ərzində 29 qrivnadan yuxarı olub. Bazarda tələb təklifi üstələyir və Ukrayna Milli Bankı (NBU) ən bahalı sifarişləri bağlayır.

Çərşənbə günü Milli Bank yanvarın əvvəlindən rezervdən artıq 1 milyard dollardan çox vəsait satdığını açıqlayıb. Eyni zamanda, NBU çevik məzənnənin formalaşması siyasətinə sadiq qalmağa davam edəcəyini və “zərurət yaranarsa (qrivna daha da zəifləyərsə), valyuta bazarında vəziyyəti sabitləşdirmək və psixoloji riskləri minimuma endirmək üçün bir sıra pul alətlərini tətbiq etməyə hazırdır”.

Yanvarın 27-də Milli Bank rəsmi məzənnəni bir dollar üçün 28,79 qrivna müəyyən edib. Daha yüksək rəsmi məzənnə 25 yanvar 2018-ci ildə olub – 28,86 qrivna.