Ukraynada müharibəyə görə itkin düşənlərin sayı açıqlanıbbackend

Ukraynada müharibəyə görə itkin düşənlərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko ölkədə 26 mindən çox adamın itkin düşmüş kimi axtarıldığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Timçenko televiziya proqramındakı çıxışında ölkədə itkin düşmüş mülki vətəndaş və əsgərlərin sayı barədə məlumat verib.

Hazırda ölkədə itkin düşən kimi 26 mindən çox adamın axtarıldığını bildirən Timçenko deyib ki, onların 11 mini mülki, təxminən 15 mini isə əsgərdir.

Timçenko qeyd edib ki, hər bir itkin düşmüş şəxs haqqında məlumatlar qeydə alınır və müvafiq siyahıya əlavə edilir.

Rusiya Ukraynanın Berislav şəhərindəki xəstəxanaya hava zərbəsi endirib Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusunun Xerson vilayətinin Berislav şəhərinə 5 hava zərbəsi endirib.

Hücum nəticəsində bir xəstəxananın vurulduğunu bildirən Prokudin xəstəxana binasının dördüncü mərtəbəsinin tamamilə dağıldığını, digər mərtəbənin isə qismən zədələndiyini qeyd edib.

Prokudin hücum nəticəsində 2 səhiyyə işçisinin yaralandığını, təcili yardım maşınlarına ziyan dəydiyini bildirib.