“Ukraynadan Avropaya 4,8 milyondan çox qaçqın gəlib” – BMTbackend

“Ukraynadan Avropaya 4,8 milyondan çox qaçqın gəlib” – BMT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə səbəbindən Ukraynadan Avropanın 44 ölkəsinə 4,8 milyondan çox qaçqın gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında deyilir.

Bildirilib ki, qaçqınların 3,2 milyondan çoxu müxtəlif ölkələrdə müdafiə və yardım milli proqramları çərçivəsində qeydiyyata alınıb.

Ümumilikdə, Rusiya 1,12 milyon, Polşa 1,15 milyon, Almaniya 780 min, Çex Respublikası 366 mindən çox, İtaliya 126 minədək, İspaniya 118 mindən çox qaçqın qəbul edib.