Ukraynanın Qazaxıstana yeni təyin olunmuş səfiri vəzifəsinə BAŞLADIbackend

Ukraynanın Qazaxıstana yeni təyin olunmuş səfiri vəzifəsinə BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan xarici işlər nazirinin müavini Ukraynanın yeni təyin olunmuş səfirinin etimadnaməsinin surətlərini qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Qazaxıstan xarici işlər nazirinin müavini Konuspayev Ukraynanın yeni təyin olunmuş səfiri Maykodan etimadnaməsinin surətlərini qəbul edib.

Viktor Mayko – Ukraynanın keçmiş Xarici İşlər Naziri (2014-2020); 2025-ci ilin aprelində Ukraynanın Qazaxıstandakı səfiri təyin edilib.

O, əvvəllər ölkəni Türkmənistan və Əfqanıstanda təmsil edib, Britaniyada ticarət-iqtisadi missiyada işləyib, həmçinin xarici işlər nazirinin müavini vəzifəsini tutub.

Təhsili üzrə jurnalist, iqtisad elmləri namizədidir.

Xuraman Etibarlı

İnterpress.az