Ukraynaya qarşı döyüşməyə Rusiyadan minlərlə könüllü gedir” – VİDEObackend

Ukraynaya qarşı döyüşməyə Rusiyadan minlərlə könüllü gedir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın şərqində, Donetsk və Luqansk regionlarına nəzarət edən separatçılarla Ukrayna ordusu arasında döyüşlər qızışır. virtualaz.org xəbər verir ki, ötən gün axşamdan başlayaraq Donetsk şəhərinin 20 kilometrliyində yerləşən strateji əhəmiyyətli Dokuçayevsk qəsəbəsi ətrafında şiddətli atışmalar gedir. Separatçılara yaxın mənbələr Ukrayna ordusunun bu qəsəbəni tutmaq üçün həmlələr etdiyini bildirir, əgər Dokuçayevsk şəhəri əldən getsə o zaman qondarma “Donetsk xalq respublikası” çökə bilər.

Keçmiş QRU polkovniki, Donbassda vaxtilə diversiya əməliyyatlarına başçılıq edənlərdən biri İqor Strelkov isə “Moskovskiy komsomolets” qəzetinə açıqlamasında deyib ki, Ukrayna ordusunun Dokuçayevsk qəsəbəsini götürmək üçün bütün şansları var. Çünki qəsəbə üç tərəfdən Ukrayna ordusunun əhatəsindədir və ümumiyyətlə cəbhənin bu istiqaməti separatçıların ən zəif nöqtəsidir. Onun sözlərinə görə, Ukrayna artilleriyası Dokuçayevsk ətrafında separatçıların mövqelərinə intensiv zərbələr endirir, bu rayonda ərazi düzənlikdir və separatçıların mövqelərini gizlətmək mümkün deyil.