Moskvada uşağını 1000 dollara satan qadına hökm oxunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Moskva məhkəməsi insan alverində təqsirli bilinən 20 yaşlı qadına hökm oxuyub.
Qonşu ölkələrdən birində yaşayan qız yeni doğulan qızını 200 min rubla satıb. Onun şəriki 54 yaşlı kişi də saxlanılıb.
Polisin operativ fəaliyyəti nəticəsində cinayətin üstü açılıb. Qarşıdakı sövdələşmə barədə əvvəlcədən məlumat alan hüquq-mühafizə orqanlarının əməkdaşları pulun və uşağın verilməsi prosesini izləyib.
Qəbzlər tərtib olunduqdan və körpə təhvil verildikdən sonra qadın saxlanılıb.
Məhkəmənin hökmü ilə o, 6 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcək.
Xuraman Etibarlı
İnterpress.az