Uşaqların gözü qarşısında QORXULU HADİSƏ: 7-ci mərtəbədən yıxılan ana və 3 yaşlı oğlu ÖLDÜbackend

Uşaqların gözü qarşısında QORXULU HADİSƏ: 7-ci mərtəbədən yıxılan ana və 3 yaşlı oğlu ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında 39 yaşlı ana 3 yaşlı oğlu ilə birlikdə 7-ci mərtəbədən yıxılaraq ölüb.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Moskva vilayətinin Ramenskoye şəhərində dəhşətli ailə faciəsi baş verib. 39 yaşlı ana 3 yaşlı oğlu ilə birlikdə çoxmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Ağır hadisə qadının digər üç azyaşlı övladının gözü qarşısında cərəyan edib.

Məlumata görə, 3 yaşlı uşaq qardaşları və bacısı ilə oynayarkən təsadüfən pəncərənin üstünə dırmaşıb və qəfildən müvazinətini itirib. Bunu görən 39 yaşlı ana dərhal sürətlə oğlunu tutmağa çalışsa da, öz müvazinətini saxlaya bilməyib və uşaqla birlikdə hündürlükdən aşağı yuvarlanıb.

Azyaşlı uşaq təcili tibbi yardım həkimləri gələnə qədər hadisə yerindəcə keçinib. Onun anasını isə xilas etmək məqsədilə reanimasiya tədbirləri görülsə də, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən rəsmi təhqiqat aparılır.

Xuraman Etibarlı

İnterpress.аz