Uyğur qadın Ərdoğanla söhbətinə görə Çində həbs olunubbackend

Uyğur qadın Ərdoğanla söhbətinə görə Çində həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ildə Məryəm Əmət adlı uyğur qadın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Sincana səfəri zamanı danışdığına görə həbs edilib və 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə yalnız indi məlum olub.

Bu barədə “Aninews” məlumat yayıb.

Hazırda iki uşaqla İstanbulda yaşayan əri Əbdüllətif Kuçarın sözlərinə görə, Çin kəşfiyyat orqanları Əmətlə 2012-ci ildə, Ərdoğan Urumçiyə işgüzar səfərə gələndə maraqlanıb. Sincan sakini Prezidentlə görüşüb, bir saata yaxın danışa bilib. Bundan sonra o, mütəmadi olaraq dindirilməyə çağırılıb, əri isə ölkəni tərk etmək məcburiyyətində qalıb. Cütlüyün iki övladı daha sonra dövlət internat məktəblərində qalıblar, orada təqribən 20 ay qaldıqdan sonra 2019-cu ilin dekabrında Ə.Kuçar onları götürüb Türkiyəyə apara bilib.

Daha sonra həyat yoldaşı M.Əmətlə görüşə bilib. Onun sözlərinə görə, M.Əmət özünü heykəl kimi aparıb və demək olar, onun heç bir sualını cavablandırmayıb. Hüquq müdafiəçiləri onun həbsini Çin hakimiyyətinin Sincandakı uyğurlara və digər türk-müsəlman milli azlıqlara qarşı repressiya kampaniyası ilə əlaqələndiriblər.

Qeyd edək ki, Sincan-Uyğur Muxtar Bölgəsi dünyada daha çox uyğurların, qazaxların və qırğızların yerləşdirildiyi “tərbiyə düşərgələri” ilə tanınır. Məhkumlar işgəncə, köləlik, məcburi sterilizasiya, ideoloji hazırlanma və İslamdan məcburi imtinadan məlumat verirlər. Təxminən 7,7 milyon insanın düşərgələrdən keçdiyi bildirilir. BMT baş verənlərdən narahatlığını bildirib, bir çox Qərb ölkələri repressiya kampaniyasını soyqırımı kimi qiymətləndirib.