“Vardanyan Qarabağda əbədi qalmayacaq” – Politoloqbackend

“Vardanyan Qarabağda əbədi qalmayacaq” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni milyarder Ruben Vardanyan BBC-nin “Hard Talk” proqramına müsahibəsi zamanı diqqətçəkən bir məqam Vardanyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı suallardan yayınması olub. O, açıqlamasında “Hesab edirəm ki, Rusiya, Fransa, ABŞ və ya digər ölkələrin mövqeyinə dair cavabımın nə olmağından asılı olmayaraq bu, beynəlxalq ictimaiyyətin dəstəyini almaq imkanlarına mane olar. Bunu şərh etmək səhv olardı”, deyə bildirib.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında qeyd edib ki, Vardanyanın ortaya qoyduğu mövqe onun Rusiyanın, Sərkisyan-Köçəryan qruplaşmasının layihəsi olmasını, Paşinyana müxalif olduğunu bir daha sübut edir:

“Məsələ ondadır ki, Vardanyan istəsə belə Ukrayna müharibəsi fonunda Rusiyanın törətdiyi cinayətləri, ya da işğalçılığı dilə gətirib nəsə deyə bilməz. Yaxşı bilir ki, belə bir addım onun sonu ola bilər. Rusiya Vardanyandan qərbmeyilli, anti-Rusiya görüşlü Paşinyan hakimiyyətini cəzalandırmaq vasitəsi kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur. Bu mənada demək olar ki, Vardanyan Qarabağda əbədi qalmayacaq. Qarabağ onun üçün sadəcə tramplin rolu oynayır. Yəni Ermənistan siyasətinə qədəm qoymaq üçün o ilk növbədə özünü doğrultmalı, ciddi nələrsə etməli, daha sonra Paşinyanla açıq mübarizə üçün Ermənistan siyasətinə gəlməlidir. Prinsip etibarilə Vardanyanın BBC-nin “Hard Talk” proqramına qatılması da yenə Ermənistan ictimaiyyətinə hesablanan bir addım idi”.