Venesuelada MÖCÜZƏ: Doqquzaylıq körpə və anası dağıntılar altından SAĞ ÇIXARILDI – VİDEObackend

Venesuelada MÖCÜZƏ: Doqquzaylıq körpə və anası dağıntılar altından SAĞ ÇIXARILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada doqquzaylıq körpə və anası zəlzələdə uçan binanın dağıntıları altından sağ çıxarılıblar.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Venesuelada baş vermiş güclü zəlzələdən sonra aparılan axtarış-xilasetmə işləri zamanı əsl möcüzə qeydə alınıb. Xilasedicilər təbii fəlakət nəticəsində çökmüş yaşayış binasının dağıntıları altından doqquzaylıq körpəni və onun anasını sağ-salamat çıxarmağı bacarıblar.

Bu barədə məlumatı bazar günü ölkənin rəsmi axtarış-xilasetmə qrupu özünün “X” sosial şəbəkə hesabında paylaşıb.

Dağıntılar altında uzun müddət köməksiz qalan ana və körpənin səhhəti dərhal həkimlər tərəfindən müayinə edilib. Onların ciddi xəsarət almadıqları, lakin güclü stres və susuzluq keçirdikləri müəyyənləşdirilib.

Xatırladaq ki, Venesuelada baş vermiş 7,1 maqnitudalı güclü zəlzələ və onun ardınca qeydə alınan çoxsaylı afterşoklar paytaxt Karakasda və digər şəhərlərdə binaların zədələnməsinə, eləcə də bir neçə tikilinin tamamilə çökməsinə səbəb olub.

Hazırda təbii fəlakət bölgəsində xilasetmə və dağıntıların təmizlənməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az