VHP: Vətəndaşların seçiminə təsir göstərilməyibbackend

VHP: Vətəndaşların seçiminə təsir göstərilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 sentyabr növbədənkənar parlament seçkilərində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılmış, onların seçiminə təsir göstərilməyib.

İnterpress.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bəyanatında deyilir.

Qeyd edək ki, VHP-nin deputatlığa irəli sürdüyü 17 nəfərdən 3-ü Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə liderdir.

“Partiya rəhbərliyi, namizədlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı parlament seçkilərini izləyən uzunmüddətli müşahidə missiyasının, ATƏT Parlament Asambleyasının seçki müşahidə missiyasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən bir çox səfirliklərin nümayəndələri ilə görüşmüş, onlarla seçki mühitini müzakirə etmiş və namizədlərin təşviqat kampaniyası ilə bağlı onları məlumatlandırıb”, – bəyanatda deyilir.