Vilayət Eyvazov hamını narahat edən narkomaniyadan DANIŞDIbackend

Vilayət Eyvazov hamını narahat edən narkomaniyadan DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov son avxtlar ölkədə tüğyan edən narkomaniya ilə bağlı narahatlığını ifadə edib.


İnterpress.az
-ın məlumatına görə, nazir vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.

Problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirilidiyini bildirib və fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.

Yeniyetmələr və gənclər arasında aparılan izahat işlərinə də toxunan nazir bu işin konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olduğunu, bütün hallarda əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməsinin əhəmiyyətini nəzərə çatdırıb. Eləcə də COVID-19 pandemiyasından əvvəl respublikanın bütün təhsil müəssisələrində antinarkotik mövzuda davamlı tədbirlərin keçirildiyini, həmin tədbirlərdə gənclər təşkilatlarının fəallığını, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar antinarkotik təbliğat sahəsində vətəndaşların köməyinə həmişəkindən çox ehtiyac duyulduğunu bildirib. Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük fəallıq gözləntilərinin olduğunu, “Narkotiklərə yox!” devizinin hamılıqla dəstəklənəcəyinə inandığını qeyd edib.