Vilayət Eyvazovun Masallıda vətəndaş qəbulunun vaxtı dəyişdirilibbackend

Vilayət Eyvazovun Masallıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən bu il sentyabr ayının 28-də Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonların sakinlərinin qəbulu tarixi dəyişdirilib.

Bu barədə “İnterpress.az”a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəbulun vaxtı oktyabr ayının 11-nə keçirilib.