Vladimir Putin İlham Əliyevi təbrik etdibackend

Vladimir Putin İlham Əliyevi təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə “RİA Novosti” Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə, həmçinin, təbrik teleqramı da göndərib:

“Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara nail olub.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfəniz çox böyükdür. Ümid edirəm ki, birgə səylərimizlə bütün sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan münasibətlərini bundan sonra da inkişaf etdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, sizə cansağlığı, firavanlıq və dövlət fəaliyyətinizdə uğurlar diləyirəm. Fürsətdən istifadə edərək ailənizə ürəkdən salamlarımı çatdırmaq istəyirəm”.

 

İnterpress.az