Volkswagen avtomobil istehsalını dayandırdıbackend

Volkswagen avtomobil istehsalını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman avtomobil istehsalçısı “Volkswagen”in kompüter sistemində böyük nasazlıq yaranıb və şirkət bir çox zavodlarda istehsalı dayandırmalı olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniya Xəbər Agentliyinin (DPA) məlumatına görə, Volkswagen-in Volfsburqdakı baş ofisində kompüter sistemi şəbəkəsində nasazlıq aşkar edilib.

Şəbəkə kəsilməsi bu gün günortadan etibarən davam edərkən, şirkətin Almaniyadakı 4 avtomobil zavodunda istehsal dayandırılıb.

Wolfsburg, Emden, Zwickau və Osnabrück Kassel, Braunschweig və Salzgitterdəki ehtiyat hissələri fabrikləri də sözügedən kompüter sistemindəki nasazlıqdan təsirlənib.

Şirkət sözçüsü, sözügedən sistem nasazlığından Volkswagen Qrupunun Porsche və Audi markalarının da təsirləndiyini və nasazlığın mənbəyini araşdırmaq üçün böhran masası yaradıldığını bildirib.

Mətbuat katibi kiberhücum ehtimalını da istisna edib.

Alman iqtisadi qəzeti Handelsblatt-ın xəbərində sözügedən nasazlığın təkcə Almaniya ilə məhdudlaşmadığı, Avropanın ən böyük avtomobil istehsalçısı Volkswagen-in digər ölkələrdəki fabriklərinin də təsirləndiyi ifadə edilib.

Xəbərdə həmçinin, Volkswagen ofislərindəki kompüterlərdə e-poçt rabitəsi kimi mərkəzi proqramların işləmədiyi ifadə olunub.

Dünyanın ən böyük avtomobil satıcısı olan Toyota, istehsal sistemindəki nasazlıq səbəbindən avqust ayında 4 obyektində 28 konveyerdə bütün əməliyyatları dayandırmalı olub.

Yapon təchizatçısı Kojima Industries-in kompüter sistemləri kiberhücuma məruz qaldıqdan sonra Toyota 2022-ci ilin martında bütün fabriklərini bağlamalı olub.

Toyota-nın 14 fabrikindəki 28 istehsal xəttinin hamısı təsirlənib.