Vyetnam hakimiyyəti Telegram-ın bloklanmasını əmr edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Vyetnam hakimiyyəti cinayətkarlıqla mübarizədə əməkdaşlıqdan imtina etdiyi üçün Telegram-ın bloklanmasını əmr edib.
“Ölkədəki 9600 kanalın 68%-i qanunu pozub – onlar fırıldaqçılıq və narkotik alveri ilə məşğul olublar, bəziləri terrorizmdə şübhəli bilinir”, – polis bildirib.
Telekommunikasiya şirkətləri iyunun 2-dək messencerin bloklanması və xəbər verilməsi üçün addımlar atmalıdırlar.
Xuraman Etibarlı
İnterpress.az