Xaçmazda “VAZ-2106” traktora çırpılıb, xəsarət alanlar varbackend

Xaçmazda “VAZ-2106” traktora çırpılıb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda baş verən yol qəzası zamanı 2 nəfər xəsarət alıb.

Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-2106” markalı avtomobilin qoşqulu traktora çırpılması nəticəsində rayonun Nərəcan kənd sakinləri – 1995-ci il təvəllüdlü Elnur Xəzər oğlu Mirzəyev və onun sərnişini 1999-cu il təvəllüdlü Nazir Şafiq oglu Həsənov müxtəlif xəsarətlər alıblar.

Yaralılar ətrafdakıların köməyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.