Xalq şairi hiddətləndi: Bunu cırıblar, olmaz axı!backend

Xalq şairi hiddətləndi: Bunu cırıblar, olmaz axı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Milli Kitabxanadayam, 1937-41-ci illərdə şair və yazıçılarımızla bağlı yazılanları oxuyuram. Təəssüf ki, həmin qəzetlərin, jurnalların vərəqlərinin çoxunu tələbələr, magistrantlar kəsib aparıblar. Qəzetləri cırıb aparmaqmı olar?!

Bunu xalq şairi Nəriman Həsənzadə deyib.

O bildirib ki, tələbələrin belə bir hərəkət etməsi yolverilməz və qəbuledilməzdir:

“Çox güman ki, bu qəzetləri kəsib, cırıb özləri ilə götürənlər tədqiqatçı və tələbələrdir. Adam mat qalır. Arxivi də kəsib apararlarmı, bəs biz hara gedək?! Hansı materialı axtarırsan, görürsən ki, kəsib aparıblar. Bunlar bizim tariximizdir. Tutaq ki, filan qəhrəman, şəxsiyyət haqqında cəmi bir məqalə yazılıb, onu da kəsib aparıblar”.

Xalq şairi bildirib ki, həmin materialları bir də heç yerdə tapmaq mümkün olmayacaq:

“Tariximizi kəsib aparırlar. Özü də bunu buraya gələn mədəni, mütaliəli adamlar edir. Bu, birbaşa Azərbaycan ədəbiyyatına, mədəniyyətinə vurulmuş zərbədir. Ümid edirəm, buna bir əncam çəkilər”.

 

İnterpress.az