Xamenei ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd edib.
İnterpress.az xəbər verir ki, bu barədə İranın ali dini lideri Əli Xamenei İslam Respublikasının banisi Xomeyninin vəfatının 36-cı ildönümü ilə bağlı keçirilən mərasimdə bildirib.
Xamenei deyib ki, ABŞ-nin İranın nüvə proqramı ilə bağlı planı İranın prinsiplərinə tamamilə ziddir.
O, bunu prinsiplərdən biri kimi “müqavimət” adlandırıb:
“Bir xalq bir şeyin zəruri olduğuna inanırsa, öz əqidəsinə uyğun hərəkət etməlidir, düşmənin iradəsinə, hədə-qorxusuna, zorakılığına boyun əyməməlidir”.
Eyni zamanda, “Axios” yüksək rütbəli iranlı məmura istinadən xəbər verir ki, Tehran uranın zənginləşdirilməsi üzrə regional konsorsium yaratmaq üçün Vaşinqtonla razılaşmaya hazırdır, ancaq o, İran ərazisində yerləşərsə.
Nəşr onu da qeyd edib ki, danışıqların növbəti, 6-cı raundu bu həftə sonu Yaxın Şərqdə baş tuta bilər.
Xuraman Etibarlı
İnterpress.az