Xameneinin müşavirinin oğlu sanksiyalar siyahısına düşdü – “Bloomberg”backend

Xameneinin müşavirinin oğlu sanksiyalar siyahısına düşdü – “Bloomberg”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ sanksiyaları altında İranın Ali Rəhbərinin müşavirinin oğlu sanksiyalar altına düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Rusiyaya qarşı 18-ci tədbirlər paketi çərçivəsində Aİ İranın iri neft treyderinə və onun bir neçə şirkətinə – Hüseyn Şamxaniyə qarşı sanksiyalar tətbiq edib.

Qeyd olunur ki, atası İranın ali dini liderinin müşaviri olan Şamxani Rusiya neftinin ticarətindəki roluna və ölkənin kölgə donanmasında “mərkəzi oyunçu” roluna görə sanksiyalar siyahısına salınıb.

Onun Dubay şirkətləri Admiral Group və Milavous Group Ltd. də sanksiyaya məruz qalıb.

Bildirilir ki, Şamxani “Rusiya hökumətinə əhəmiyyətli gəlirlər verir”.

Xuraman Etibarlı

İnterpress.az