Xanagahda yeni tikilmiş otel istifadəyə verilibbackend

Xanagahda yeni tikilmiş otel istifadəyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunun Xanagah kəndində “Castle” resort spa otelin açılış mərasimi olub.

Mərasimdə hüquq-mühafizə orqanları, RİH əməkdaşları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan oteldə ümumilikdə 23 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bundan əlavə oteldə 2 konfrans zalı, 1 restoran, hovuz və SPA komleksi mövcuddur.

Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mirvasi hesab edilən İsmayıllının turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, yeni iş yerlərinin açılması deməkdir.