Xankəndidə 3 avtomat, 11 qumbara aşkarlanıbbackend

Xankəndidə 3 avtomat, 11 qumbara aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 10-da Xankəndi şəhər ərazisində 3 müxtəlif markalı avtomat və 1 tüfəng aşkarlanıb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bundan başqa şəhər ərazisində 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1988 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.