Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə necə düşdü? – DETALLARbackend

Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə necə düşdü? – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezidentin Brüssel görüşündə Laçın və Zəngəzur dəhlizini eyniləşdirməsi bizdəki “illərin siyasətçilərinin” nə qədər dayaz düşüncəli olduğunu da ortaya qoydu. Axşamdan bu fikir üzərində bəzi düzgün olmayan fikirlər səsləndirilir. Bəs əslində nə baş verib?”.mövzunu şərh edən Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Prezident çıxışında “Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni olmalıdır” fikirini səsləndirib: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq”.Yəni fikir bundan ibarətdir. Ümumiyyətlə, ehtimala görə müqavilələr imzalansa da, sonrakı əsas problemimiz Zəngəzur dəhlizinin idarəetmə mexanizmi ilə bağlı olacaq”.

Əziz Əlibəyli əlavə edib ki, buna görə də, Prezident gələcək hadisələri indidən qabaqlamaqla həm Ermənistana, həm Brüsselə, həm Moskvaya mesajını vermiş oldu. Bunu təkcə bizim “siyasi” kəsim anlaya bilmədi:

1. Laçın dəhlizi təkcə ermənilər üçün nəzərdə tutulur və heç bir beynəlxalq əhəmiyyəti yoxdur.

2. Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli yolları, kommunikasiyaları özündə birləşdirəcək.

3. Prezident iki dəhlizi eyniləşdirməklə əslində Ermənistanın Zəngəzur dəhlizi üzərində yaranacaq təbii üstünlüyünü indidən sıfırlamaq və İrəvan üçün beynəlxalq yox, daxili ərazi əhəmiyyətinə salmaqla iddialarını kiçildir və hərəkətlərini məhdudlaşdırılması niyyətini daşıyır.

4. İndi məlum oldumu ki, Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə nə cür düşdü” – deyə Əlibəyli fikirlərini tamamlayıb.

Ekspert  Ermənistanın Laçın tələsinə necə düşdüyünü belə açıqlayıb: “10 noyabrda müharibə yekunlaşanda Xankəndidə ermənilər saxlanıldı. İndi ermənilərin orada niyə saxlanıldığı məlum olur. Çünki Prezidentin hədəfi həmin zamandan etibarən Zəngəzur dəhlizi olub. Əgər Qarabağdan erməniləri tamamilə çıxarıb, Ermənistanla əlaqələrini kəssəydik, o zaman İrəvanın itirməyə heç nəyi qalmayacaqdı və Zəngəzur dəhlizini reallaşdırmaq mümkünsüz olacaqdı. Amma bu gün fərqli mənzərə yaşanır. İndi orada olan 25 min erməni əslində Azərbaycan Prezidentinin siyasətindən asılı vəziyyətə düşüb və bir vasitəyə çevrilib. Ermənistan məcburdur ki, 25 min erməniyə görə, mütləq şəkildə Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı diktəsini nəzərə alsın”.

Əlibəyli Rusiyanın sülhməramlı kimi Zəngəzur dəhlizinə nəzarət etməsinə Azərbaycanın niyə razılaşdığına da aydınlıq gətirib: “Azərbaycan ona görə razılaşır ki, həm də Qarabağda sülhməramlı missiyanı ruslar yerinə yetirsin və nəticə etibarı ilə oradakı ermənilər qaça bilməsin. Bizə lazımdır ki, oradakı ermənilərin üzərindən bu siyasət daha da genişlənsin və Azərbaycan Zəngəzurda diktəni həyata keçirsin.

Bəs Laçın və Zəngəzur dəhlizləri niyə paralelləşdirildi?

“Əslində Prezident beynəlxalq dəhlizin əhəmiyyətini Ermənistanın gözündə kiçildir. Ermənistanın dəhlizlə bağlı katastrafik həddə olacaq iddialarının böyüməsinə imkan vermir. Yanaşmanı məhz bu baxımdan anlamaq lazımdır. Laçın təkcə ermənilər üçün nəzərdə tutulur. Zəngəzur dəhlizi isə beynəlxalq əhəmiyyətə malikdir. Məqsəd odur ki, həmin o beynəlxalq əhəmiyyət Ermənistan üçün siyasi və hərbi deyil, iqtisadi önəmə çevrilsin. Nəticədə Ermənistan iddiasız bir duruma düşmüş olacaq” – Əlibəyli fikirlərini tamamlayıb.