Xarici dövlətlər Əfqanıstandakı konsulluqlarını bağlayırbackend

Xarici dövlətlər Əfqanıstandakı konsulluqlarını bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki Baş Konsulluğu bu ölkədəki siyasi vəziyyətin kəskinləşməsi səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Bu barədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.

O əlavə edib ki, hazırda Əfqanıstanda bir çox konsulluqlar ölkədəki gərginlik düzələnə qədər müvəqqəti olaraq işlərini dayandıracaq.

Z. Kabulovun sözlərinə görə, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Tacikistana Əfqanıstanla sərhəd ərazidə təhlükəsizliyinin təmin edilməsində kömək göstərməyə davam edəcəklər.