Xavyer Miley hökuməti 42 min məmuru İŞDƏN ÇIXARDIbackend

Xavyer Miley hökuməti 42 min məmuru İŞDƏN ÇIXARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xavyer Miley hökuməti 42 min məmuru işdən çıxarıb.

İnterpress.az xəbər verir ki, Xavyer Mileyin prezidentliyinin ilk 15 ayı ərzində Argentina hökuməti 42 034 dövlət qulluqçusunu işdən çıxarıb. Bu, ümumi dövlət sektorunda çalışan işçilərin 8,4%-ni təşkil edir.

Bu tədbir illik büdcəyə 1,635 milyard ABŞ dolları həcmində qənaətlə nəticələnib.

Federiko Sturzeneggerin rəhbərlik etdiyi Tənzimləmə və Dövlət Transformasiyası Nazirliyinin məlumatlarına görə, ixtisarlar üç əsas sahəni əhatə edib: Milli Dövlət İdarəçiliyi (11,8%), dövlət müəssisələri (15%) və silahlı qüvvələr və təhlükəsizlik qüvvələrinin şəxsi heyəti.

1,635 milyard ABŞ dolları qənaətə əmək haqqının birbaşa xərcləri və infrastruktur, xidmətlər, təchizat və avadanlıq kimi dolayı xərclər daxildir.

Xuraman Etibarlı

İnterpress.az