Gürcüstanda qadın İnqorokva klinikasının əməkdaşlarına hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Tbilisidə bu gün, bazar ertəsi paytaxt xəstəxanalarından birində xəstə qəflətən işçinin boğazından dişləməyə çalışıb.
CCTV görüntüləri hadisənin necə baş verdiyini əks etdirib.
Hazırda polis hadisə yerində işləyir. Hadisənin təfərrüatları və səbəbləri açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az