Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – Faktiki havabackend

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – Faktiki hava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəriati əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən İnterpress.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Kəlbəcər, Biləsuvar, Lerik, Lənkəran, Astarada 1 mm-dir.

Bəzi yerlərdə şimal-şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 20, Goranboyda 19, Naftalanda 16 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda 31 dərəcəyədək isti qeydə alınıb.