Ətin qiyməti niyə düşmür, əksinə bahalaşır? – Ekspert AÇIQLADIbackend

Ətin qiyməti niyə düşmür, əksinə bahalaşır? – Ekspert AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ətin qiyməti ilə bağlı qışda deyilir ki, yayda qiymət düşəcək. Bu, heç də belə deyil. Məsələnin tam əksinə olduğunu izah edim. Deməli, qışda bildiyimiz kimi, fermərlər yemi, istər qaba yem olsun, yonca olsun, ot olsun və digər kökəltmə yemlərini satış məntəqələrindən alırlar. Yəni bu artıq bunların büdcəsindən istifadə olunur və ona görə də qışda ətin qiymətinin düşmə ehtimalı olmur.

Bu fikirləri mal və qoyun ətinin satış qiymətlərinin artması ilə bağlı qida eksperti İlkin Şirinov İnterpress.az-a açıqlamasında səsləndirib.
O bildirib ki, ətin qiymətinin bahalaşması bir çox amillərdən asılıdır.
“Ətin qiyməti ilə bağlı qışda deyilir ki, yayda qiymət düşəcək. Bu, heç də belə deyil. Məsələnin tam əksinə olduğunu izah edim. Deməli, qışda, bildiyimiz kimi, fermərlər yemi, istər qaba yem olsun, yonca olsun, ot olsun və digər kökəltmə yemlərini satış məntəqələrindən alırlar. Yəni bu artıq bunların büdcəsindən istifadə olunur və ona görə də qışda ətin qiymətinin düşmə ehtimalı olmur.

Digər tərəfdən də əslində, ətin qiyməti qışda düşə bilər. Fermerlər həmin o kökəltmiş heyvanları tez bir zamanda satışa çıxarırlar. Çünki artıq heyvan kökəldiyindən bir neçə müddət qaldıqca, sərfiyyat onların büdcəsindən olunur. Buna görə də ətin qiymətinin qışda düşmə ehtimalı ola bilər.

Yayda isə ətin qiyməti düşmür. Səbəb isə çox sadədir. Bildiyimiz kimi, yaz-yay aylarında sahələrdə ot çıxmağa başlayır, fermerlər yonca əkir, taxıl əkir və kənddə yaşayanlar artıq heyvanlarını kökətməyə bağlamırlar. Yəni artıq kökətmə sistemi ilə heyvan saxlanılmır.
Heyvanlar otlaqlara buraxılır. Artıq heyvan otlaqlara buraxıldıqdan sonra bunların satışda qiymətinin düşməsi mümkün olmur. Otun çıxması, taxılın əkilməsi, taxıldan sonra orada qalan heyvanların yeyə biləcəyi otun olması, həmçinin yonca sahələrində yoncaların biçildikdən sonra qalması artıq şərait yaradır ki, heyvanlar otlağa buraxılsınlar. 

Otlağa buraxıldıqdan sonra isə heyvanların bazarda satışı bir az say olaraq aşağı düşür, yəni sayı azalır. Çünki saxlanılan heyvanlar fermerlərin büdcəsindən yemir. Ona görə də fermerlər həmin heyvanları saxlayırlar, otlağa buraxırlar. Növbəti dəfə havalar soyuduqdan sonra heyvanı artıq kökətməyə bağlayırlar.

Yayda heyvanlar otlağa buraxıldığına görə bazara çıxış sayı azalır. Bu baxımdan da yayda ətin qiymətinin düşməsi mümkün olmur. Heç vaxt yayda ətin qiyməti düşmür. Amma ola bilər ki, haradasa quzu ətinin qiyməti düşə bilər, amma mal ətinin qiyməti qətiyyən düşmür”, – ekspert qeyd edib.

Daha sonra o əlavə edib ki, bazardakı dəllallar da ətin qiymətinin artmasında xüsusi rol oynayırlar.

“Burada bir əsas məsələ də var. Yenə də burada qiyməti tənzimləyən bazarda arada olan dəllallardır. Çünki dəllallar kəndlərdən heyvanları yığdıqdan sonra artıq kənddən aldığı qiymətlə bazağa çıxarmır. Onun üzərində müəyyən bir qiymət qoyduqdan sonra bazara çıxarır. Və şəhərlə kənd arasında olan həmin bu işbaz dəllallar artıq qiyməti bazarda bunların diqtəsi ilə tənzimləmiş olurlar.

Bu məsələ ilə bağlı dəfələrlə müxtəlif fikirlər səsləndirmişəm və bu fikrimin üzərində bir daha dayanıram ki, neçə ki, şəhərlərdə satış məntəqələri birbaşa fermerlərin özü ilə birbaşa əlaqədə olmayacaqlar, aralarında müxtəlif dəllallar vasitəsilə alqi-satqı olacaq, heç vaxt qiymət tənzimləmək mümkün olmayacaq”, – ekspert fikrini tamamlayıb.

Xuraman Etibarlı
İnterpress.az