XİN: Azərbaycanla Pakistan güclü dostluq münasibətləri ilə bir-birinə bağlıdırbackend

XİN: Azərbaycanla Pakistan güclü dostluq münasibətləri ilə bir-birinə bağlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Müstəqillik Günü münasibətilə Pakistanı təbrik edib.

İnterpress.az-ın xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Pakistan İslam Respublikasını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. Azərbaycanla Pakistan güclü dostluq və tərəfdaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. Bu sevincli gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”, – deyə qeyd olunub.

 

İnterpress.az