XİN başçısı: “İran Rusiyanın Ukraynadakı müharibəsinə qarşıdır”backend

XİN başçısı: “İran Rusiyanın Ukraynadakı müharibəsinə qarşıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və İranın xarici siyasət idarəsinin rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

İnterpress.az xəbər verir ki, bunu ukraynalı nazir tviterdə yazıb.

“İranın xarici işlər naziri ilə telefon danışığım oldu. İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. İran şirkətlərinin köməyi ilə Rusiyaya silah ötürülməsi ilə bağlı iddiaları təkzib etdiyinə və Ukraynaya göndərilən tibbi heyətə görə xarici işlər naziri Abdullahiana minnətdarıq”, – o bildirib.