XİN: “BQXK antiterror tədbirləri zamanı humanitar hüququn bütün normalarına əməl edildiyini təsdiqləyib”backend

XİN: “BQXK antiterror tədbirləri zamanı humanitar hüququn bütün normalarına əməl edildiyini təsdiqləyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyini təsdiqləyib”.

“İnterpress.az” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin E.Makronun TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.

“Cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ərazisində mövcud olan erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri zamanı da beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) daxil, beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş və hətta Azərbaycanın guya mülki əhalini hədəf aldığı iddialarının heç bir həqiqəti əks etdirmədiyi Ermənistan baş naziri tərəfindən bildirilib. Bu xüsusda, Azərbaycanın bu tədbirlərinə qarşı səsləndirilən fikirlərin heç bir əsası yoxdur”, – XİN rəsmisi vurğulayıb.