XİN: “İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub”backend

XİN: “İsraildə 1 Azərbaycan vətəndaşı həlak olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub”.

İnterpress.az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.