Moskvada bir qadın xırtıldayan çörəyi (xlebçı) sevdiyi üçün az qala öləcəkdi. Onun mədəsində ovuc böyüklüyündə kütlə əmələ gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Həkimlər xəstədə fitobezoar aşkar ediblər – həzm olunmamış lifin sıx formalaşması.
20×15 sm-ə qədər böyüyüb və demək olar ki, 70 qram ağırlığında idi. Qadın təcili əməliyyat olunub.
Daha sonra şəkər xəstəliyinə görə pəhriz saxladığını və xırtıldayan çörəkdən başqa demək olar ki, heç nə yemədiyini etiraf edib.
Xuraman Etibarlı
İnterpress.az