Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıbbackend

Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

İnterpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.