Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərində dron yerli yanğınsöndürmə idarəsinin rəisinin evini vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, Prilukidə dron yerli yanğınsöndürmə idarəsinin rəisinin evini vurub. Ailəsi həlak olub.
Rəisin həyat yoldaşı, həmçinin patrul polisi əməkdaşı olan qızı və bir yaşlı oğlu ölümcül yaralanıb.
Xilasedicinin özü həmin gecə yanğınsöndürmə briqadası ilə birlikdə zərbələr endirilən yerdə olub.
Prilukidə ümumilikdə 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az