Yanvar ayından etibarən kimlərin pensiyası artacaq?backend

Yanvar ayından etibarən kimlərin pensiyası artacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, gələn ildən Gürcüstanda pensiyalar artacaq.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir hökumətin bugünkü iclasında məlumat verib.

“2024-cü ildən səhiyyə və sosial müdafiə proqramlarının büdcəsi 870 milyon lari artacaq. Yaşı 70 və yuxarı olan şəxslərin pensiyası 50 lari artaraq 415 lari olacaq. Yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçıların pensiyası təxminən 500 lari olacaq. Müqayisə üçün sizə deyim ki, 2012-ci ildə pensiya 110 lari və 125 lari idi. İndi 415 lari, yüksək dağlıq qəsəbələrdə isə 500 lariyə qədərdir.

Bu, hökumətimizin gördüyü işin real nəticəsidir. Yaşı 70-dən az olan şəxslərin pensiyası 20 lari artırılaraq 315 lari, yüksək dağlıq ərazilərdə isə 380 lari olacaq”, – deyə İrakli Ğaribaşvili bildirib.