Yaponiya Rusiyadan kömür idxalına qadağa qoyacaqbackend

Yaponiya Rusiyadan kömür idxalına qadağa qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Rusiya enerji resurslarından asılılığı azaltmaq niyyətindədir.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya baş naziri Fumio Kişida mətbuat konfransında bildirib.

“Biz Rusiyadan kömür idxalına qadağa qoyacağıq. Təcili olaraq alternativlər təqdim etməklə və idxalı tədricən azaltmaqla biz enerji sektorunda Rusiyadan asılılığımızı azaldacağıq”,-deyə baş nazir bildirib.

Qeyd edək ki, 2021-ci ildə Yaponiyanın bütün kömür idxalının təxminən 11%-i Rusiyanın payına düşüb.

Xatırladaq ki, aprelin 7-də “Yeddilik” (G7) ölkələrinin liderləri enerji sektorunda Rusiyadan asılılığın azaldılması planlarının həyata keçirilməsini sürətləndirmək, o cümlədən Rusiya kömürünün idxalının mərhələli şəkildə dayandırılması və qadağan edilməsi barədə bəyanat yayıblar.