Yaponiya xarici turistlərin ölkəyə gəlişinə icazə verəcəkbackend

Yaponiya xarici turistlərin ölkəyə gəlişinə icazə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hakimiyyətinin qəbul etdiyi qərara əsasən iyunda ölkəyə qəbul edilən gündəlik turistlərin sayı 20 min nəfərə çatdırılacaq.

Bu barədə interpress.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ölkə iyunun 10-da qapılarını xarici turistlərin üzünə açacaq.

Yaponiya hökumətinin qərarına uyğun olaraq, ilkin mərhələdə ölkələr “müsbət test kursuna görə” 3 kateqoriyaya bölünüblər. Xarici turistlər paket turlar vasitəsilə və bələdçilərin müşayiəti ilə ölkəyə buraxılacaqlar.

Yoluxma baxımından aşağı riskli ölkələrdən Yaponiyaya gələn sərnişinlər, hətta virusa qarşı peyvənd olunmasalar da, sınaqdan və karantindən azad ediləcəklər.