Yaponiya XİN başçısı Cənub-Şərqi Asiyanın dörd ölkəsinə səfər edəcəkbackend

Yaponiya XİN başçısı Cənub-Şərqi Asiyanın dörd ölkəsinə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri Yoko Kamikava yaxın vaxtlarda Cənub-Şərqi Asiya ölkələrinə rəsmi səfər edəcək.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin hökumətdəki mənbələrinə istinadən verdiyi məlumata görə, Kamikava oktyabrın 8-dən Bruney, Vyetnam, Laos və Tailanda səfər etmək niyyətindədir. Nazir qanun əsasında beynəlxalq asayişin qorunması, açıq və azad Hind-Sakit okeanı regionu konsepsiyasının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır.

Bu, Kamikavanın sentyabrın ortalarında xarici işlər naziri təyin olunmasından sonra ikinci xaricə səfəri olacaq. Bundan əvvəl o, BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.