Yaponiyanın şimal-şərqində safari parkında aslanın hücumu nəticəsində heyvan saxlayan ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Milli mətbuatda yer alan xəbərə görə, Fukuşima əyalətinin Nihonmatsu bölgəsindəki Tohoku Safari Parkında aslan qəfəsində olan heyvan baxıcısı Kato Keniçinin boynunda qanaxma aşkarlanıb.
25 ildən çox safari parkında çalışan 53 yaşlı Kato aparıldığı xəstəxanada dünyasını dəyişib.
Tohoku Safari Parkının vitse-prezidenti Kumakubo Noriçikanın açıqlamasına görə, təhlükəsizlik kamerası görüntülərindən aslanın heyvan baxıcısına hücum etdiyi müəyyən edilib.
Tohoku Safari Parkı, təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılacağı bir tarixə qədər xidmətini dayandırdığını açıqladı.