Çirkab suların okeana axıdılması ilə Çin hökumətinin Yaponiyadan dəniz məhsullarına qarşı tətbiq etdiyi idxal qadağası öz təsirini hiss etdirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, Yaponiyanın Çinə dəniz məhsulları ixracı avqust ayında 2022-ci ilin avqust ayı ilə müqayisədə 70,8 faiz azalıb.
Çinə ixracına mənfi təsir göstərən məhsullar arasında birinci yerdə ixracı 71,3 faiz azalan tarak olub.
Digər tərəfdən, milli mətbuatda Yaponiyanın Çinə ərzaq ixracatının eyni dövrdə yüzdə 43 azaldığı bildirilib.