“NATO müttəfiqləri tərəfindən məhdudiyyətlərə məruz qalmağımız qəbuledilməzdir”.
İnterpress.az xəbər verir ki, bunu NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində jurnalistlərə açıqlama verən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, Türkiyənin NATO-ya verdiyi töhfələrə rəğmən, ixrac məsələlərində məhdudiyyətlər tətbiq edilir: “Bunlar təkcə bizim yox, NATO-nun təhlükəsizliyinə mənfi təsir edir. Türkiyə olaraq NATO-nun və Avropa – Atlantik məkanının təhlükəsizliyinə töhfə verməyə davam edəcəyik”.
Y.Gülər, həmçinin qeyd edib ki, Türkiyə PKK/YPG, FETÖ, İŞİD, Əl-Qaidə və digər terror təşkilatları ilə mübarizəni davam etdirəcək: “İclas zamanı bu barədə də danışdıq. Dedik ki, bu istiqamətdə müttəfiqlərimizdən dəstək gözləyirik. PKK/YPG terror təşkilatını dəstəkləməyin heç bir bəhanəsi ola bilməz”.