“Yeni anlaşma olacaq, artıq Qarabağ məsələsi…” – Erməni ekspertdən şok iddiabackend

“Yeni anlaşma olacaq, artıq Qarabağ məsələsi…” – Erməni ekspertdən şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soçi bəyanatı tamamilə Azərbaycanın maraqlarına uyğundur, burada “Qarabağın statusu”ndan ümumiyyətlə danışılmır”.

bunu erməni siyasi ekspert Lusina Haroyan deyib.

“Bu sənəddə əsas vurğu yenə də nəqliyyat marşrutlarının açılmasına yönəlib və hamımıza aydındır ki, bu, ilk növbədə Türkiyə və Azərbaycanın maraqlarına uyğundur. Yəni sənəddə ancaq Azərbaycan marağı önə çəkilib. Üstəlik, Qarabağın statusundan ümumiyyətlə söhbət getmir. Beləliklə Ermənistanla Azərbaycan arasındakı müzakirələr və münasibətlər aydınlaşır”, – Haroyan bildirib.

Ekspert Ermənistan rəhbərliyinin Qarabağa olan iddiasından əl çəkdiyini söyləyib.

Onun sözlərinə görə, Ermənistan bu sənədi imzalamaqla əslində, 10 noyabr bəyanatına sadiqliyini nümayiş etdirib:

“Yəni 10 noyabr kapitulyasiya sənədinin bəndlərini yerinə yetirməyi təsdiqləyir. Amma yeni sənəddə əsirlərin (oxu: diversantların) qaytarılması barədə heç nə yoxdur”.

Lusina Haroyan bu anlaşmanın son olmadığını, əsas razılaşmaların qabaqda olduğunu iddia edib: “Sadəcə Paşinyana bizim üçün ağrılı nəticələri olacaq razılaşmaların əldə olunması üçün vaxt verilib”. (teleqraf.com)