Yeni COVID ştammına yoluxmanın əsas əlamətləri açıqlandıbackend

Yeni COVID ştammına yoluxmanın əsas əlamətləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun yeni “omikron” ştammına yoluxmanın əsas əlamətləri açıqlanıb.

Bu barədə COVID-in B.1.1.529 variantına dair dünya ictimaiyyətini ilk məlumatlandıran cənubi afrikalı həkim, Cənubi Afrika Tibb Assosiasiyasının sədri Anjelik Kutze danışıb.

Onun sözlərinə görə, koronavirusun “omikron” ştammı ilə yoluxmanın ilk və əsas əlamətləri kəskin yorğunluq və baş ağrılarıdır. Qızdırma və ya boğaz ağrısı isə nadir hallarda müşahidə olunur.

“Omikron” ştammına yoluxanların xəstəxanada müalicəsinə və oksigen balonuna ehtiyacları yoxdur. Bu xəstələr 2-3 günə sağalırlar”, – deyə həkim bildirib.

Mənbə: TASS